XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2018 - 13:10

“Naxçıvan istiqamətində münaqişə alovlansa, Türkiyə ordusu sürətli şəkildə səfərbər olacaq…” –Rusiyalı politoloq

“Ermənistan-Azərbaycan münaqişəsində Rusiya Ermənistanın yanındadır”.

Bunu İrəvanda jurnalistlərə açıqlamasında rusiyalı politoloq Vladimir Yevseyev deyib.

O bildirib ki, Ermənistan-Rusiya işbirliyinə adekvat olaraq, Türkiyə və Azərbaycan arasında dərin hərbi əlaqələr mövcuddur.

Yevseyevin sözlərinə görə, Azərbaycan ordusunun Naxçıvan istiqamətində 11 hektar ərazidə möhkəmlənməsi Azərbaycanı Ermənistanın strateji mövqelərinə bir qədər də yaxınlaşdırıb: “Qənaətimə görə, Naxçıvan istiqamətində münaqişə alovlansa, Türkiyə ordusu sürətli şəkildə səfərbər olaraq, Azərbaycana köməyə gələ bilər. Lakin Türkiyə-Azərbaycan bloku qarşısında Rusiya-Ermənistan ittifaqı var”.