XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2018 - 13:43

İsrail polisindən Baş nazir və xanımı haqda şok qərar: “Barələrində cinayət işi açılsın” –Netanyahudan qərara operativ reaksiya

İsrailin Daxili İşlər Nazirliyi korrupsiyada ittiham olunan ölkənin baş naziri və onun xanımı ilə bağlı sensasion qərar verib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş nazir Binyamin Netanyahu və xanımı Sara Netanyahuya qarşı aparılan istintaqın yekunu haqda rəsmi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, telekommunikasiya sahəsində korrupsiya ittihamı ilə bağlı həyata keçirilmiş istintaqın nəticəsinə uyğun olaraq, Baş nazir və xanımına qarşı cinayət işi açılmalıdır.

Qeyd edək ki, ittihama görə, Netanyahu Baş nazir seçkisi zamanı kampaniyasına rəhbərlik edən dostu, telekommunikasiya şirkətinin sahibi Şlomo Filberi vəzifəyə gətirmək üçün rabitə naziri Avi Bergeri işdən azad edib. Bundan başqa, onun həyat yoldaşı Sara Netanyahu xəbər saytlarından birinin sahibinin xanımı ilə qeyri-rəsmi anlaşaraq, haqlarında müsbət xəbərlərin verilməsini təmin edib. İttihamda telekommunikasiya sahəsindəki digər qanunsuzluqlardan da bəhs edildiyi bildirilir.

Binyamin Netanyahu bu sensasion açıqlamadan dərhal sonra ilk jurnalistlərin qarşısına çıxıb. O, ittihamı birmənalı şəkildə rədd edib:  “Polisin haqqımda cinayət işi açılması istiqamətində verdiyi tövsiyyə xarakterli qərarın heç bir hüquqi əsası yoxdur”.

Xatırladaq ki, İsrail qanunvericiliyinə görə, ölkənin Baş naziri haqda cinayət işi açılarsa, o, dərhal vəzifəsindən getməlidir.

Strateq.az