Rəsmi tədbirlərdə etdiyi qeyri-adi davranışı və sosial şəbəkələrdə yazdığı hər statusla gündəm yaradan ABŞ prezidenti Donald Tramp bu dəfə Argentinada keçirilən G20-nin toplantısına hərəkətləri ilə damğa vurub.
Strateq.az xarici mətbuata istinadən bildirir ki, Tramp bu dəfə Argentina prezidenti Maurisio Makrini pərt edib.
Belə ki, Tramp toplantıda ailə fotosu çəkilmək üçün gözləyən Argentina prezidenti Makri ilə görüşdükdən sonra qəfildən platformanı tərk edib. Onun ardınca Makri səslənsə də, Trampı gerti qaytarmağa nail olmayıb. Əksinə, mikrafonu açıq qalan Tramp, arxası ilə qaçan Argentinalı nümayəndəyə “Məni buradan çıxarın, getmək istəyirəm”, – deyib.
Həmin vaxt aralığında isə pərtliyi gizlətməyə çalışan Argentina prezidenti platformda tək qalıb. O, kameraların qarşısında nə edəcəyini bilməyib və qeyri-ixtiyarı hərəkətlər edib.
Məlumata görə, bu pərtlikdən sonra Trampı birgə foto çəkdirməyə razı sala biliblər.