XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2018 - 14:58

Fransa hökuməti 2 min şəhər və qəsəbədəki etirazla üz-üzə:"6 bina, bir neçə dövlət qurumu, 100-lərlə maşın yandırıldı" - FOTOLAR

Fransada yanacağın qiymətinin artması ilə əlaqədar keçirilən fasiləsiz etiraz aksiyaları hökuməti radikal addımlara sürükləyir.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, artıq Fransa hökuməti ölkədəki durumu nəzərə alaraq fövqəladə vəziyyət elan etməyə hazırlaşır.

Bu barədə açıqlama verən hökumətin sözçüsü Benjamin Griveaux deyib ki, etirazlar dağıdıcı şiddətə çevrilib və bu cür hadisələrin təkrarlanmaması üçün fövqəladə vəziyyət elan edilmək üzrədir: “Artıq bu qanun prezidentin masasına qoyulub.  Hökumət qabaqlayıcı tədbirləri görmək məcburiyyətindədir. Bu gün Prezident, Baş nazir və Daxili işlər naziri görüşəcək və həmin görüşdə etirazçılara qarşı atılacaq addımlar detallı müzakirə olunacaq”.

Fransa polisi isə bu günə kimi, etiraz aksiyalarında iştirak edən 133 nəfərin yaralandığı, 412 nəfərin həbs edildiyini açıqlayıb: “Hazırda ölkənin 2 min şəhər və qəsəbəsində aksiyalara 75 mindən çox insan qatılıb. Onlara qarşı 65 min polis isə təxribatlara qarşı səfərbər olunub”.

Xatırladaq ki, aksiyaçılar 6 binaya, 100-lərlə maşına və bir neçə dövlət qurumuna od vurublar.

Onu da qeyd edək ki, Argentinada ölkəsindəki aksiyalara toxunan prezident Makron deyib ki, yanğın törədən, şəhərləri iflic edənlər cəzalandırılacaq: “Şiddətə qarşıyam, amma eyni zamanda, problemləri birgə müzakirə etməyə də hazıram”.

Strateq.az