XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Dekabr 2018 - 17:03

Ukrayna prezidentindən Rusiyaya rəsmi ittiham:"Moskva Donbas və Krım arasında dəhlizi işğal etməyə çalışır"

Ukrayna Prezidenti Petro Poroşenko Almaniya mətbuatına müsahibəsində Rusiyanın Berdyansk və Mariupol şəhərlərini işğal etmək istədiyini bildirib.

Poroşenko bunu Rusiyanın qurudan Donbas və Krım arasında dəhliz əldə etmək istəyi ilə əsaslandırıb.

“Rusiya Ukraynanın işğalını genişləndirmək planından imtina etməyib. Moskva qurudan Donbas və Krım arasında dəhliz əldə etməyə çalışır. Bunun üçün də Mariupol və Berdyanskın işğalı planlaşdırılıb”/Teleqraf.com.