XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

04 Dekabr 2018 - 15:59

“ABŞ bizim neftin ixracını dayandıra bilməyəcək, əgər…” –İran prezidentindən təhdid

“ABŞ İran neftinin ixracını dayandıra bilməyəcək və bizim yanacağımızı satmaqda əngəl yaratsalar, Fars körfəzindən heç kimin neft ixrac edə bilməyəcəyini bilməlidir”.

Bunu İran Prezidenti Həsən Ruhani deyib.

O, ABŞ-ın onların bütün dünya ilə ticarətini əngəlləməyə, regionda təcrid etdirməyə çalışdığını bildirib.

“Lakin bütün qeyd olunan sahələrdə ölkəmizin mövqeləri sabitdir, İran xalqı bu qarşıdurmadan qalib çıxacaq”, – Prezident vurğulayıb.

Xatırladaq ki, bu il noyabrın 5-də İrana qarşı sanksiyalar tətbiq edən ABŞ hökuməti bir qədər sonra bəzi ölkələrin İrandan neft idxal etməsinə razılıq verib/Report.