Fransa hökuməti benzin və dizel yanacağının qiymətlərinin bahalaşmasına tətbiq etdiyi moratorium rəsmi olaraq qüvvəyə minib.
Bunu Fransanın baş naziri Eduard Filipp siyasi partiya liderləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, qadağa 6 il müddətində qüvvədə olacaq.
Qeyd edək ki, noyabrın 17-dən benzinə tətbiq edilən verginin 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı Fransada “sarı jiletlilər”in etiraz aksiyası keçirilir.
Bu vergi ödəməsinin 2019-cu il yanvarın 1-dən həyata keçirilməsi planlaşdırılmışdı.
Report