XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2018 - 16:30

“Trampın özü Ərdoğanla görüşdə söhbəti açdı…” –Çavuşoğlu F-35-lərlə bağlı problem olmadığını deyir

NATO-ya üzv ölkələrin Xarici işlər nazirləri bu gün Brüsseldə toplanıb.

Strateq.az xəbər verir ki, toplantıdan sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransı keçirib.

O, ABŞ-ın Türkiyəyə satacağı F-35 qırıcı təyyarələrin təslim edilməsi ilə bağlı yaranan problemə toxunub.

Jurnalistlərdən birinin “Rusiyadan alacağınız S-400 raketlərinə görə ABŞ-ın F-35-ləri göndərməsi problem olmayacaq ki” sualına nazir belə cavab verib:

“Trampla prezident Ərdoğan bununla bağlı G20-də söhbət edib. Trampın özü söhbəti açdı. Biz heç bir problemin yaşanmasını istəmirik. Düzdür, ABŞ Konqresində bu məsələyə bəzi müdaxilələr oldu. Ancaq Türkiyə ABŞ-ın vacib müttəfiqlərindən, dünyanın önəmli aktyorlarından biridir. F-35-lərin göndərilməsinin ləğvi gündəmdə deyil. Hazırda belə bir problem də görmürük”.