XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2018 - 23:05

Səudiyyə Ərəbistanı rəsmi Ankaranın tələbini rədd etdi:"Hər iki şəxs Ər-Riyadda mühakimə olunacaq"

Səudiyyə Ərəbistanı Xaşuqcinin qətlində şübhəli bilinən 2 vətəndaşını Türkiyəyə ekstradisiya etməkdən imtina edib.

Strateq.az Türkiyənin NTV kanalına istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, həmin 2 şübhəli də digər həbs olunan 17 nəfərlə birlikdə Ər-Riyadda mühakimə olunacaq.

Xatırladaq ki, rəsmi Ankara Xaşuqci cinayətinə görə Səudiyyə Ərəbistanının Kəşfiyyat İdarəsirəhbərinin keçmiş müavini Əhməd Əsiri ilə vəliəhdin Salmanın keçmiş müşaviri Səud Qahtaninin Türkiyədə mühakimə olunmasını tələb edir. Rəsmi Ankaranın iddiasına görə, bu iki şəxsin Türkiyədə istintaqının aparılması jurnalistin qətlinin dəqiq motivlərini və sifarişçisini üzə çıxaracaq.