XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

10 Dekabr 2018 - 10:34

Ermənistanda seçkilərin yekun nəticələri:Paşinyan 70.4 faizlə qalibdir, Sarkisyan və daşnaklar parlamentə düşə bilmədilər

 

Ermənistanda baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanın alyansı parlament seçkisində böyük səs fərqiylə qalib gəlib. Alyansa səslərin 70 faizindən çoxunu yığaraq, Paşinyanın sözlərilə desək, ölkəyə “inqilabi çoxluğu” qazandırıb.

Artıq 2010 seçki məntəqəsindəki bülletenlərin hamısı sayılıb. Mərkəzi Seçki Komissiyası Paşinyanın “Mənim Addımım” alyansının səslərin 70,4 faizini qazandığını bildirir.

Varlı biznesmen Qagik Tsarukyan-ın “Firavan Ermənistan Partiyası” səslərin 8,3 faizini qazanıb.

Liberal, qərbyönümlü “Parlaq Ermənistan” partiyası 6,4 faiz səslə üçüncü yerdədir. Bu partiyaya Paşinyanın müttəfiqi Edmon Marukyan başçılıq edir.

Keçmiş hakim Respublikaçı Partiyası (HHK) isə səslərin cəmi 4,7 faizini yığıb ki, bu da parlamentə daxil olmaq üçün qoyulan səviyyədən azdır. Dashnaktsutyun 3,9 faiz səs toplayıb.

Paşinyan dekabrın 10-da deyib ki, seçkilər “təmiz və şəffaf” keçib. O, jurnalistlərə açıqlamasında söyləyib ki, “ölkəmizin vətəndaşları inqilabi çoxluğa səs verirlər və bunu sakit mühitdə edirlər”.

MSK seçkidə səsvermə hüququ olanların yalnız 48, 6 faizinin iştirak etdiyini bildirib. Bu, 2017-ci ilin aprelində keçirilmiş seçkidəki seçici iştirakından 12 faiz azdır.

Paşnyan isə gün ərzində “Facebook”-da canlı müraciətlərində bu göstəricinin azlığını belə izah edib ki, 2017-ci ildə və HHK hakimiyyətdə olduğu müddətdə keçirilən digər seçkilərdə adamları avtobuslara doldurub səsvermə məntəqələrinə aparırdılar və hamınızın yaxşı bildiyi mexanizmlər üzrə səsverməyə məcbur edirdilər.

Hazırda belə mexanizmlərdən istifadə olunmur və oluna da bilməz”, – Paşinyan deyib.

Paşinan hakimiyyətə bu ilin mayında, küçə etirazları nəticəsində gəlib. 10 il ölkəyə prezidentlik etmiş Serj Sarkisyan isə baş nazir postunda cəmi bir həftə qala bilib, aprelin 23-də istefa verib.

(Azadlıq radiosu)