XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

19 Fevral 2016 - 13:01

Koçaryandan etiraf:Ermənistandakı Rusiya hərbi bazası Türkiyəyə görədir

RA President Robert Kocharyan gives a press conference

 

 

“Ermənistanda yerləşən Rusiya hərbi bazası regionda sabitlik  yaradır və situasiyanı stabilləşdirir”.

Strateq.az bildirir ki, bu sözləri “Svoboda” radiosuna müsahibəsində Ermənistanın eks – prezidenti, 61 yaşlı Robert Koçaryan bildirib.

Radionun “Gümrüdəki 102 saylı rus hərbi bazası Ermənistana hansı üstünlükləri verir və nə kimi təhlükə yaradır?” sualına eks-prezidentin cavabı maraqlı olub.

Köçaryan bildirib ki, əgər bu baza olmasaydı təhlükə hər an Ermənistanın başının üstündə olardı: “Təsəvvür edək ki, bu baza yoxdur. Bizim tarixi problemlərimiz olan Türkiyə kimi qonşumuzla münasibətləri nəzərə alsaq, bunun necə bir təhlükə yaratdığını görə bilərik. Ermənistanın Qarabağ münaqişəsinin tənzimlənməsi üçün atdığı bütün səylərə Türkiyənin kəskin reaksiyası, Dağlıq Qarabağla bağlı həll olunmamış münaqişə, bağlı olan sərhədlər bizim bu addımımızı doğruldur. Bu bölgə hamının bir birinə can deyib can eşitdiyi, hər şeyin rəvan getdiyi region deyil. Region kifayət qədər çətin etnik və dini konfiqurasiya üstündə qurulub.  Odur ki, hesab edirəm, rus hərbi bazasının burda yerləşməsi regiona sabitlik gətirir və situasyanı sabitləşdirir. Vaxtilə bazanın Gümrüdə yaradılması  barədə olan qərar məntiqlidir”.  

 

Eks-prezident ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də toxunub. Onun sözlərinə görə, Minsk Qrupunu ittiham etmək olar: “Amma mən bu qrupa həmişə bir qədər başqa cür baxmışam. Vasitəçilərin rolu münaqişənin həlli formulunu tapmaqda tərəflərə kömək  etməkdir. Prosesin formatı belədir. Bu “məcburetmə formatı” deyl. Həmsədrləri məsələni həll etməməkdə ittiham etməyin mənası yoxdur. Bütün hallarda yalnız iki tərəf razılığa gəlməlidir”.

X. SƏFƏROĞLU

Strateq.az