XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

11 Dekabr 2018 - 14:54

Tramp məsuliyyətə cəlb oluna biləcəyindən narahatdır –ABŞ prezidentinin etirafı: "Bu mümkündür"

CNN telekanalı ABŞ prezidentinə yaxın mənbəyə istinadən Donald Trampın impiçmentə məruz qala biləcəyi barədə məlumat verib.

Strateq.az xəbər verir ki, Ağ Ev sahibi Nümayəndələr Palatasında üstünlüyə sahib olan demokratların belə bir təşəbbüsə əl atacağından narahatdır. “Bu gerçəyə yaxın ehtimaldır”, – deyə Tramp yaxın çevrəsinə deyib.

Doğrudur, Trampın özü bunun baş verəcəyinə tam şəkildə əmin deyil, lakin hər halda, yaxın çevrəsində bu ehtimalı dilə gətirib.

Trampın vəkili Maykl Koenin Trampın sevgililəri adlandırılan qadınlara pul verməsi hazırda Ağ Ev kulislərində impiçmentə yol aça biləcək ən böyük problem sayılır.

Nyu-Yorkun Cənub Dairəsi Prokurorluğu bu iddia ilə ABŞ prezidentinə qarşı cinayət işi aça bilər.

Hələ sentyabr ayında keçirilən məhkəmə prosesində vəkil Koen, Stormi Deniels və Karen MakDuqala Trampın göstərişinə əsasən müəyyən məbləğdə pul verdiyini artıq etiraf edib. 2016-cı ilin prezident seçkiləri dövründə baş vermiş bu iki hal maliyyə cinayəti hesab olunur.

Ağ Evdə güman edirlər ki, xüsusi müşavir Robert Möllerin apardığı istintaq impiçmentlə nəticələnə bilməzsə də, seçki kampaniyasının maliyyələşdirilməsi, vergi fırıldağı və Konqresə yalan danışma ilə bağlı iddialar Donald Tramp üçün ciddi təhlükələrdir.

Prezidentin vəzifəsindən kənarlaşdırılması üçün Konqresin hər iki palatasında ikipartiyalı razılıq tələb olunsa da, CNN-in rəyincə, bunun baş tuta bilməsinə dair gerçəyə yaxın müəyyən ehtimallar qalır.