XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2018 - 16:38

Ermənistan Xarici İşlər nazirindən Türkiyəyə çağırış:"İlkin şərt olmadan görüşə hazırıq..."

“Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasını istəyirik”.

Bunu İrəvanda türkiyəli jurnalistlərlə görüşü zamanı Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.

O, “Mənim Addımım” Blokunun 70%-dən çox səs toplamasının reform siyasətinin həyata keçirməsinə təsir edəcəyini bildirib.

Mnatsakanyan Türkiyə ilə Ermənistan arasındakı görüşlərə yeni dinamizm gələcəyini deyib: “Biz Türkiyə və Ermənistan əlaqələrinin normallaşmasını istəyirik. İki ölkənin arasında keçmişdə xoş olmayan hadisələr yaşanıb, ancaq ilkin şərt olmadan görüşə hazırıq. Çətin görünsə də, iki ölkə arasında yeni bir yol müəyyən edilməlidir”.

O, ermənilərin türklərə qarşı qərəzinin olmadığını və ayrı-seçkiliyə qarşı olduqlarını deyib. Nazir keçmişdə iki ölkə arasında yaşananların təkrarlanmaması gərəkdiyini bildirib: “Biz iki qonşu ölkəyik və problemləri həll edəcək yetərli potensiala sahibik. Biz həll üçün dialoq qurmağın tərəfdarıyıq”.

Mnatsakanyan, həmçinin Ermənistan üçün əsas istiqamətin Dağlıq Qarabağ məsələsi olduğunu deyib:

“Bizim Rusiya, AB və ABŞ başda olmaq üzrə qonşularımız Gürcüstan və İranla yaxşı əlaqələrimiz var. Bununla bərabər, dünyanın digər tərəfi olan Çin, Yaponiya və digər Asiya ölkələriylə də münasibətimiz çox yaxşıdır. İlk və ən önəmli məsələmiz Dağlıq Qarabağın sülh yolu ilə həllidir. Biz Ermənistanın təhlükəsizlik siyasətini formalaşdırma məsələsində çox diqqətliyik”.

O, Qarabağın həllində Minsk Qrupu çərçivəsində qurulacaq diplomatiyanın işə yarayacağını bildirib.

Nazir Ermənistanın siyasətində böyük dəyişiklik olduğunu, yeni siyasətçilərin ortaya çıxdığını, onların açıq fikirli olduğunu bildirib. Mnatsakanyan həmçinin keçmişin yanlış siyasətləri üzərində israr etməyəcəklərini də söyləyib/Axar.az.