XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2018 - 19:12

Partiya liderindən hökumətə sərt xəbərdarlıq:"Makron xalqı təhqir etdi, vətəndaş inqilabı daha böyük olacaq"

“Makron xalqı təhqir edərək yaralılar barəsində bir söz belə demədi”.

Bunu Fransa parlamentinin üzvü, “Fəth Edilməyən Fransa” Partiyasının lideri Jan-Lük Melanşon Prezident Emmanuel Makronun dekabrın 10-da televiziya vasitəsilə xalqa müraciətini tənqid edərkən vurğulayıb.

“Makron zamanı səv salıb. O, aztəminatlı vətəndaşları, işsizləri, qismən işlə təmin olunanları, təhsil alan gəncləri unudub”, – deyə o ,vurğulayıb.

Deputatın sözlərinə görə, ölkə üzrə etiraz aksiyası davam edəcək: “Vətəndaş inqilabı daha böyük olacaq”.

Parlamentdəki Sosialistlər fraksiyasının lideri Valeri Rabo isə prezidentin çıxışını “gecikmiş cavab, xülya” adlandırıb.

Qeyd edək ki, noyabrın 17-dən Fransada avtomobil yanacağının qiymətinin bahalaşacağına etiraz aksiyası keçirilir.Dekabrın 10-da Fransa Prezidenti Emmanuel Makron televiziya vasitəsilə xalqa müraciət edib.

Report