XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

13 Dekabr 2018 - 11:06

Pompeo Avropa İttifaqını hədələdi –"İrana qarşı qadağalar pozulsa, sanksiyalar tətbiq ediləcək"

“Avropa İttifaqı (Aİ) ABŞ-ın İrana qarşı sanksiyalarını pozsa, Vaşinqtonun sanksiyaları ilə üzləşə bilər”. 

Strateq.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının İranla bağlı iclasından sonra jurnalistlərə açıqlamasında ABŞ fövlət katibi Mayk Pompeo deyib.

O bildirib ki, İrana qarşı sanksiyalarla bağlı müəyyən istisnalar var. Söhbət dərman və ərzaqdan gedir: “Əgər Aİ-nin İranla ticarəti bu istisnalarla əlaqədar olsa, biz sanksiyalar tətbiq etməyəcəyik. Əgər bizim məhdudiyyətlərimizə qarşı hansısa pozuntular olsa, o zaman biz istənilən tərəfə qarşı sanksiya tətbiq etməyə hazırıq”.

Dövlət katibi dünyanı İranın ballistik raket sınaqlarına qarşı diqqətli olmağa da çağırıb: “Təhlükəsizlik Şurasının nüvə silahının yayılması riskinə qarşı ciddi yanaşmaq vaxtı çatıb. Biz buna müqavimət göstərmək üçün hər şeyi etməyə hazırıq. Bunun üçün ABŞ-ın rəhbərliyi altında koalisiya yaratmağa hazırlaşırıq. Bu gün Təhlükəsizlik Şurasının 11 üzvü İranın raket sınaqları ilə bağlı narahat olduğunu bildirib ABŞ-a qoşuldu”.