XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

13 Dekabr 2018 - 13:57

Bakıda 10 tibbi ekspert komissiyası ləğv edildi –Sahil Babayevdən mühüm dəyişiklik + SİYAHI

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyalarının (TSEK) ləğv edilməsi ilə bağlı əmr imzalayıb.

Strateq.az  unikal.org-a istinadən xəbər verir ki, nazirin digər müvafiq əmri ilə Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyaları (TSEK) bundan sonra 5 tibbi-sosial ekspert komissiyası kimi fəaliyyət göstərəcək:

1. Səbail, Yasamal, Nəsimi,

2. Binəqədi, Qaradağ,

3. Nizami, Xətai, Nərimanov,

4. Xəzər, Pirallahı,

5. Suraxanı, Sabunçu.

Qeyd edək ki, sözügedən xəbəri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı təsdiqləyib.