Xələf Xələfov Nazirlər Kabinetinin aparat rəhbəri vəzifəsinə təyin olunub.
Strateq.az Nazirlər Kabinetinə istinadən bildirir ki, bu barədə Baş nazir Novruz Məmmədov bu gün sərəncam imzalayıb.
Xatırladaq ki, Xələf Xələfov bu gün Prezident İlham Əliyevin sərəncamı ilə xarici işlər nazirinin müavini vəzifəsindən çıxarılıb.