XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2018 - 14:20

Məşhur aparıcının “Bahalaşmaya etiraz edək” şərhi Ərdoğanı qəzəbləndirdi:"Ey əxlaqsız, sən nə edirsən, bura Parisdirmi?"

Türkiyə prezidenti Ərdoğan xalqı ölkədəki bahalaşmaya etiraz olaraq mitinqə çağıran FOX TV-nin məşhur aparcısı Fateh Portakalı həbslə hədələyib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizli şəhərində çxış edən  Ərdoğan aparıcıya sərt şəkildə xəbərdarlıq edib: “Bu ədəb yoxsulu çıxıb, xalqı küçəyə dəvət edir. Əxlaqsıza bax, əxlaqsıza. Zatən prokurorluq cavabını verəcək.  Sən nə edirsən, bura Parisdirmi?”.

Ərdoğan bildirib ki, bir neçə il əvvəl baş vermiş Gəzi olaylarında hər kəs dərsini alıb: “15 iyulda da hər kəs dərsini aldı. İndi bunu təkrar etmək istəyənlər, əvəzini çox ağır ödəyərlər”.

Xatırladaq ki, FOX TV-nin ana xəbər buraxılışında Fransadakı “Sarı jiletlilər”in aksiyasını şərh edən aparıcı Fateh Portakalın aşağıdakı sözləri Ərdoğanı qəzəbləndirib: “Gəlin barışcıl bir aksiya ilə bahalaşmaya, bütün qiymət artımlarına, qazın qiymətinə etiraz edək. Edə bilərikmi? Neçə nəfər qorxudan, narahatlıqdan küçəyə çıxacaq? Allah eşqinə, neçə nəfər meydana çıxar, deyə bilərsinizmi? Fərdi və toplumsal müxalifəti basqı altına almağa və sındırmağa çalışırlar. Oysa ki, etiraz etmək ən təbii haqqdır, amma tətbiqinə imkan verilmir. Fransa olsun, Türkiyə olsun, açığı, çox da fərq etmir”.

Strateq.az