Rəsmi Tehrandan ABŞ-a gözlənilməz çağırış edilib.
Strateq.az xəbər verir ki, ABŞ-ın sanksiyalarından sonra ciddi iqtisadi sıxıntılara girən rəsmi Tehran ABŞ-la ilkin şərt olmadan birbaşa danışıqlara hazır olduğunu bəyan edib.
Bu barədə İranın Xarici işlər naziri Cavd Zərif bəyanat verib: “Vaşinqtonla birbaşa dialoqa hazırıq”.
Xatırladaq ki, buna qədər İran sanksiyaların ləğv edilməyəcəyi halda, ABŞ-la danışıqlardan imtina edib.
Hətta Trampın İran prezidenti Həsən Ruhani ilə görüşməyə hazır olduğunu bəyan etməsinə də, rədd cavabı verilmişdi.