XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2018 - 19:04

Aİ səfirləri razılığa gəldi- Rusiyaya qarşı iqtisadi sanksiyalar daha 6 ay uzadılır

Avropa İttifaqının səfirləri Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılması ilə bağlı razılığa gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, razılaşma bu gün keçirilən müzakirələrdə əldə olunub.

“Avropa İttifaqının səfirləri Rusiyaya qarşı iqtisadi sanksiyaların daha 6 ay müddətinə uzadılmasına “yaşıl işıq” yandırdılar”, – deyə “Azadlıq” radiosunun Brüsseldəki müxbiri Rikard Yozvyak bildirib.

Onun sözlərinə görə, qərarla bağlı rəsmi məlumat bu həftə ərzində elan olunacaq.

Avropa İttifaqı ölkələrinin liderləri ötən həftə Brüsseldə keçirilən sammitdə Rusiyaya qarşı sanksiyaların tam şəkildə saxlanılması ilə bağlı razılığa gəlmişdilər. İtaliyanın qarşı çıxmasına baxmayaraq, qərar qəbul olunmuşdu.

Strateq.az