XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

18 Dekabr 2018 - 15:45

Makron Paşinyana məktub göndərdi:"Münaqişənin ədalətli həlli üçün səylərimizin davam edəcəyinə əmin ola bilərsiniz”

“Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli və uzun müddətli tənzimlənməsində səylərini davam etdirəcəyinə əmin ola bilərsiniz”.

Bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyana göndərdiyi təbrik məktubunda bildirib.

E.Makron N.Paşinyanı dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərində rəhbərlik etdiyi siyasi blokun qələbə qazanması münasibətilə təbrik edib.

Fransa Prezidenti Ermənistana yardımı davam etdirəcəklərini də bildirib.

Qeyd edək ki, dekabrın 9-da Ermənistan parlamentinə növbədənkənar seçkilər keçirilib.

Report