XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 17:55

Rusiya Ermənistana 100 milyon dollarlıq kredit ayırır:"Detalları söyləyə bilmərəm, bunlar gizli məsələlərdir"

“Moskva və Yerevan hərbi kreditin reallaşdırılması məsələsi üzrə fəal danışıqlar aparır”.

Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiyanın 100 milyon dollarlıq kreditinin həyata keçirilməsi ilə bağlı məsələyə şərh verərkən deyib.

Rusiyalı diplomatın məlumatına görə, əməkdaşlıq davam edir, işə Ermənistan və Rusiyanın müvafiq təşkilatları da cəlb edilib: “Detalları söyləyə bilmərəm, bunlar gizli məsələlərdir. Burada müəyyən müəssisələrin kommersiya maraqları da var. Buna şərh verə bilmərəm”.

Report