XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

18 Dekabr 2018 - 21:15

ABŞ İsrail-Fələstin münaqişəsinin həllinə dair yeni plan hazırlayıb –Nikki Heyli BMT tribunasından açıqladı

“ABŞ İsrail-Fələstin münaqişəsinin həllinə dair əvvəlkilərdən fərqlənən yeni plan hazırlayıb”.

TASS xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT Təhlükəsizlik Şurasında sözügedən vəzifədə iştirak etdiyi son iclasda bildirib.

“Artıq bir həqiqəti qəbul etməliyik: sülh sazişindən hər iki tərəf qazanardı. Lakin Fələstin tərəfi daha çox qazanar, İsrail isə daha çox riskə gedir. Məhz bunu düşünərkən ABŞ Administrasiyası israillilərlə fələstinlilər arasında planını hazırlayıb. Bu, sadəcə, ümumi müddəalardan ibarət bir neçə səhifəlik yazı yox, daha ətraflı və böyük plandır, bununla da əvvəlkilərdən fərqlənir”, – deyə amerikalı diplomat vurğulayıb/Report.