ABŞ-ın Türkiyəyə 3.5 milyard dollarlıq “Patriot” raket sisteminin satılmasına “yaşıl işıq” yanıdrmasına rəsmi Moskvadan ilk reaksya gəlib.
Strateq.az xəbər verir ki, bu barədə Kremldən verilən açıqlamada “Türkiyəyə “Patriot”ların satılması S-400-lərin alınmasına təsir edə bilməz. Rusiya Türkiyə ilə müqaviləyə sadiqdir. S-400-lərin satışı bütün hallarda reallaşacaq”, – deyə bildirilib.
Rəsmi Moskvadan o da bəyan olunub ki, Türkiyənin S-400-lərlə bağlı məlumatları ABŞ-la bölüşməyəcəyinə əmindirlər: “Biz belə halı düşünmürük”.
Xatırladaq ki, ötən gün ABŞ Dövlət Departamenti Türkiyəyə “Patriot” raket sisteminin satılacağı haqda xüsusi açıqlama yayıb.