XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 15:04

Politoloqdan Dağlıq Qarabağın Azərbaycanlı İcmasındakı dəyişikliyə şərh:"Bayram Səfərov bu işin öhdəsindən gələ bilmirdi"

“Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərinin dəyişdirilməsi doğru qərardır. Açıq demək lazımdır ki, Bayram Səfərov bu işin öhdəsindən gələ bilmirdi”.

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu vəzifədə çevik şəxsə ehtiyac var: “İcmamızın rəhbəri erməni separatçıları, Ermənistan hakimiyyəti və erməni lobbisi ilə mübarizədə güclü olmalıdır. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri həm açıqlama vermək, həm də üçüncü ölkələrdə ermənilərlə polemika aparmaq bacarığına malik olmalıdır”.

Elxan Şahinoğlu deyib ki, icma rəhbərinin rus və ingilis dillərində sərbəst danışması da vacibdir: “İcmanın yeni rəhbəri Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev seçilib. İnanmaq istərdim ki, Qarabağın azərbaycanlı icmasının rəhbəri üçün bütün lazım olan keyfiyyətlər Tural Gəncəliyevdə var. Ona gərgin və məsul fəaliyyətində uğurlar arzulayıram”.