XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 01:34

TRAMP QƏFİLDƏN İRAQA GƏLDİ –FOTOLAR

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların İraqda yerləşdirilmiş hərbi qüvvələrini ziyarət etmək üçün İraqa gözlənilmədən səfər edib.

Strateq.az “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, ABŞ prezidentinin təyyarəsi Bağdad yaxınlığındakı Əl-Əsəd hərbi bazasında enib.

“Prezident Tramp və birinci xanım hərbi qüvvələrimiz və yüksək rütbəli rəhbərliyə göstərdikləri xidmətə, nailiyyətlərinə və verdiyi qurbanlara görə təşəkkür etmək və Milad bayramı münasibətilə ən xoş arzularını çatdırmaq üçün Milad gecəsi İraqa səfər ediblər” – deyə, Ağ Evin mətbuat katibi Sara Sanders “Twitter” sosial şəbəkəsində yazdığı mesajında bildirib.

Bu, prezident Trampın münaqişə zonasına etdiyi ilk səfərdir. ABŞ prezidentinin İraqa gözlənilmədən səfəri onun Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyadan çıxarılacağını elan etməsindən bir neçə gün sonraya təsadüf edir.

Tramp hakimiyyətə gəldiyi vaxtdan ABŞ-ın münaqişə zonalarında yerləşdirilmiş hərbi qüvvələrini ziyarət etmədiyinə görə dəfələrlə tənqidlərə məruz qalmışdı.

Hazırda İraqda hərbi əməliyyatlar aparılmasa da, ABŞ hərbçiləri İŞİD-ə qarşı mübarizə aparan İraq hərbi qüvvələrinə təlim verir.