Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz al-Səud vəliəhd oğlu, şahzadə Məhəmməd bin-Salmana yeni vəzifə verib.
“Haber7” xəbər verir ki, kral oğlunu Mili Kosmik Agentliyin rəhbər təyin edib.
Salman bin Əbdüləziz al-Səudun digər əmri ilə ölkənin xarici işlər naziri Adil əl-Cübeyr tutduğu vəzifədən azad edilib. XİN başçısı vəzifəsinə İbrahim Əbdüləziz əl-Assaf təyin olunub.
Kral Səudiyyə Ərəbistanının Britaniyadakı səfiri şahzadə Məhəmməd bin-Naufı da tutduğu vəzifədən azad edib/Report.
Xatırladaq ki, jurnalist Camal Xaşuqcinin qətlinə görə şahzadə Məhəmməd bin-Salman dünyanın bir çox ölkəı liderləri tərəfindən ittiham olunur.