XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Dekabr 2018 - 13:54

ƏSƏD TÜRKİYƏNİ QABAQLADI –Rejim ordusu Menbiçə daxil oldu, bəyanat yaydı

Bu gün Bəşər Əsədə bağlı olan Suriya ordusu PKK/YPG qüvvələrinin olduğu Menbiç rayonuna daxil olub.

Strateq.az  Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, Əsədə bağlı olan rejim ordusu artıq şəhərdə Suriya bayrağını dalğalandırıblar.

Bu barədə açıqlama yayan ordu rəhbərliyi bildirib ki, Menbiçdəki bütün insanların təhlükəsizliyinə tam təminat verirlər.

Xatırladaq ki, Türkiyə ordusu Menbiçə daxil olub, oradakı PKK/YPG terrorçularını təmizləmək üçün  həftələrdir hərbi əməliyyat hazırlığı görürdü.