XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2019 - 12:58

Trampdan Türkiyə və PKK/YPG-yə açıq xəbərdarlıq:"Suriya qum və ölümdən ibarətdir, biz burada əbədi qalmayacağıq, ancaq..."

ABŞ Prezidenti Donald Tramp terrorçu PKK/YPG-PYD qruplaşmasının Suriya ərazisindəki xam nefti İrana satmasından narahat olduqlarını bildirib.

Bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

“Onların (PKK/YPG-PYD-ni nəzərdə tutur – red.) əlindəki az miqdarda nefti İrana satması xoşuma gəlmir. Biz onlardan satmamalarını istədik. Bizim kürd tərəfkeşlərimizin İrana xam neft satması məni qətiyyən sevindirmir”, – deyə Donald Tramp vurğulayıb.

O, bununla belə, ABŞ-ın hərbçilərini Suriyadan çıxarsa da, PKK/YPG-PYD-nin müdafiəsini təmin edəcəklərini qeyd edib: “Onlar Türkiyənin xoşuna gəlməsələr də, onları başqaları bəyənir. Onlar çox yaxşı döyüşürlər. Biz kürdləri (terrorçu PKK/YPG-PYD-ni nəzərdə tutur – red.) müdafiə edəcəyik. Mən Suriyada əbədi qalmaq istəmirəm. Ora qum və ölümdən ibarətdir”.

Donald Tramp ABŞ hərbçilərinin 4 ay ərzində Suriyadan çıxarılacağı prosesinə də aydınlıq gətirib: “Mən ordunun Suriyadan tədricən və ya qısa müddətə çıxacağı barədə heç nə deməmişəm. Bəziləri iddia edir ki, mən 4 aya hərbçiləri çıxaracağımızı bildirmişəm. Mən bunu heç vaxt deməmişəm. Biz Suriyadan müəyyən edilmiş zamanda çıxacağıq”.

Qeyd edək ki, Donald Tramp dekabrın 19-da ABŞ hərbçilərinin Suriydana çıxması barədə sənəd imzalayıb.