XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 19:07

BMT Baş katibi dünya ölkələrinə müraciət etdi:"Heç vaxt təslim olmayacağıq..."

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibi Antonio Quterreş dünya ölkələrinə müraciət ünvanlayıb.

BMT-nin Qlobal Kommunikasiyalar Departamenti tərəfindən daxil olan müraciətdə Baş Katib dünya vətəndaşlarına xoşbəxt, sülh və firavan dolu yeni bir il arzulayıb.

“Ötən il mən həyəcan təbili çaldım və o zaman qeyd etdiyim təhlükələr hələ də qalmaqdadır. Çoxları üçün narahat vaxtdır və dünyamız ciddi sınaqdan keçir. Gördüyümüz işlər iqlim dəyişikliyinin sürətindən geri qalır. Geosiyasi bölünmələr dərinləşməklə münaqişələrin həllini daha da çətinləşdirir. Təhlükəsizliyi və müdafiəsini təmin etmək üçün doğma yuvalarını tərk edən insanların sayı rekord həddə çatır. Bərabərsizlik artır. İnsanlar bir qrup şəxsin, dünyanın digər yarısının birgə malik olduğu sərvətə sahib olduğu dünyanın ədalətini sorğulayır.

Amma ümidlər üçün də səbəblər var. Yəməndəki danışıqlar sülh üçün yeni bir şans yaratdı.

Efiopiya və Eritreya arasında sentyabr ayında Riyadda imzalanmış müqavilə uzun müddət davam edən gərginliyi səngitdi və bütün regiona yeni perspektivlər gətirdi. Cənubi Sudan münaqişəsi tərəflərinin razılaşması, son dörd ayda ötən dörd ildən daha çox irəliləyiş əldə edərək, sülh imkanlarını gücləndirdi. Katovisdə ölkələri bir araya gətirən Birləşmiş Millətlər Təşkilatı Paris Konvensiyasının icrası üçün İş Proqramını təsdiqləməyi bacardı. İndi biz mövcud təhlükəni aradan qaldırmaq iddiamızı artırmalıyıq. Sonuncu ən yaxşı şansdan istifadə etmək vaxtıdır. İdarə edilməyən və təkrarlanan iqlim dəyişikliyi problemini həll etməyin vaxtıdır. Bu yaxınlarda BMT-də miqrasiya və qaçqınlara dair mühüm qlobal razılaşmalar əldə olundu. Hər yerdə insanlar, sağlam planetdə sülh, ədalət və rifaha nail olma planımız – Dayanıqlı İnkişaf Məqsədləri üçün səfərbər olunurlar”,-müraciətdə qeyd edilir.

BMT baş katibi müraciətində xatırladıb ki, beynəlxalq əməkdaşlıq baş tutanda bütün dünya qalib gəlir:

“2019-cu ildə Birləşmiş Millətlər Təşkilatı əlaqələr qurmaq və həll yollarına şərait yaratmaq məqsədilə insanları bir araya gətirməyə davam edəcək. Belə də davam edəcəyik və heç vaxt təslim olmayacağıq. Sizə və ailələrinizə yeni ildə əminamanlıq və sağlamlıq arzulayıram”.

Teleqraf.com