XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

06 Yanvar 2019 - 17:32

BOLTON İSRAİLDƏ TÜRKİYƏYƏ QARŞI BƏYANAT VERDİ:"Kürdləri qorumaq haqda anlaşma olmasa, Suriyadan çəkilməyəcəyik"

İsraildə səfərdə olan Trampın müşaviri Con Bolton Türkiyəni çətin vəziyyətdə qoyacaq bəyanat verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Bolton ABŞ-ın Suriyadan geri çəkilməsinin əsasən Türkiyədən asılı olduğunu bildirib.

Bolton deyib ki, ABŞ Suriyadan çəkilmək istəyir, ancaq bu çəkilmə zamanı Amerikaya bağlı olan qüvvələri də qorumaqda qərarlıdır: “Prezident Tramp, əlbəttə, İŞİD-in tamamilə məhv edilməsini istəyir. Lakin bizim Suriyadan tam geri çəkilməyimiz üçün oradakı Amerikaya bağlı qüvvələrin qorunması vacibdir. Ona görə də, kürdləri qorumaya yönəlik anlaşma imzalanmadan əsgərimiz Suriyadan çıxmayacaq”.

Bolton qeyd edib ki, Ankaraya səfərində bununla bağlı Türkiyə rəhbərliyi ilə geniş müzakirə aparacaq.

Xatırladaq ki, ABŞ-ın hərbi və siyasi dəstək verdiyi PKK/YPG qruplaşmasına qarşı Türkiyə uzun müddətdir  hərbi əməliyyata hazırlıq görür. Rəsmi Ankara Suriyanın Menbiç və digər şəhərlərinİ bu qruplaşmadan təmizləyəcəyini qətiyyətlə bəyan edir.

Strateq.az