Neftin dünya qiyməti ucuzlaşmağa başlayıb.
Strateq.az Frans-Press”ə istinadən bildirir ki, ABŞ özünün “qara qızıl” ehtiyatları ilə bağlı məlumatların açıqlayacağı ərəfədə neftin qiymətləri düşməyə başlayıb.
Bu gün səhərə olan son məlumata görə, iyun füçerləri üzrə Brent neftinin qiyməti 0,5 aşağı düşərək bir barell üçün 64,54 dollar olub. WTI nefti üzrə qiymət isə 0,21 faiz ucuzlaşaraq 56,94 dollardır.
ABŞ Enerji Nazirliyinin enerji informasiya idarəsinin bu gün açıqlayacağı hesabatda ölkənin neft ehtiyatları barədə rəqəmlər veriləcək. “Röyter”ə açıqlama verən analitiklər hesab edir ki, ABŞ-ın ehtiyatları 2,3 milyon barel artacağını proqnozlaşdırırlar. ötən həftə bu ehtiyatlar rekord həddə qədər yüksələrək 489 milyon barelə çatıb.
“Neft bazarı ABŞ-ın enerji ehtiyatları haqqında hesabatı səbirsizliklə gözləyir. Bu hesabat neftin qiymətinin dəyişməsində əsas faktor rolunu oynayır”-deyə CMC Markets şirkətinin baş strateqi Ric Spuner bildirib.
X.SƏFƏRLİ