XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2019 - 00:19

Paşinyan Tehranla danışıqlar aparır:“İran qazının idxalı həmişə gündəmdədir"

Ermənistan İranla təbii qaz idxalı ilə bağlı müzakirələr aparır.

Bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib.

“İran qazının idxalı həmişə gündəmdədir. Biz konkret və faydalı həll variantı tapılanadək bu məsələni müzakirə edəcəyik”, – deyə o, Tvitter-də qeyd edib.

Paşinyan onu da əlavə edib ki, İrəvan Rusiya tərəfi ilə qazın qiymətinə dair danışıqları davam etdirir.

Qeyd edək ki, “Qazprom” şirkəti Ermənistana satılan qazın min kubmetrinin qiymətini 150 dollardan 165 dollaradək qaldırıb/Teleqraf.com.