XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2019 - 12:30

Qarabağ İcmasının yeni İdarə Heyəti:kimlər getdi, kimlər gəldi? - SİYAHI

Məlum olduğu kimi, ötən ay “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinə yeni sədr və müavinlər seçilib.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayında Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev qurumun yeni sədri, Asif Cahangirovla Elçin Əhmədovu isə sədr müavinləri olublar.

Qurultaydan bir aya yaxın vaxt ötməsinə baxmayaraq, İcmanın İdarə Heyətinin yeni üzvlərinin sihyahısı açıqlanmamışdı. Nəhayəıt buna da aydınlıq gətirilib.

Strateq.az Modern.az-a istinadən xəbər verir ki, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın hazırkı İdarə Heyətində 23 üzv təmsil olunur.

Bununla bərabər, vəfat etmiş keçmiş üzvlər Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevin yerinə yeni simalar seçilib. Onlardan başqa Vaqif Fərzəliyev, Həvva Məmmədova, Abbas Məlik-Yeqanov, Ramiq Məhərrəmov, Cavid Əliyev, Məhəmmədli Bayramov, Mehdi Abdullayev, Mehdi Mehdiyev, Şaban Qurbanov da İdarə Heyətinə üzvlükdən azad ediliblər.

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətindəki yeni üzvlərin siyahısını təqdim edirik:

S/s

Soyadı, adı, atasının adı

Təvəllüdü, doğulduğu yer

Yaşayış yeri

İş yeri və vəzifəsi

Qeyd

1.

Gəncəliyev Tural Babaşah oğlu 1980, Şuşa şəhəri Bakı şəhəri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq Hüquq və müqavilələr idarəsində birinci katib İdarə Heyətinin sədri

2.

Cahangirov Asif Əbülfət oğlu 1958, Ağcabədi rayonu Bakı şəhəri 2018-ci ilədək Vergilər Nazirliyinin aparatının rəhbəri, Departament rəhbərinin müavini İdarə Heyəti sədrinin müavini – İctimai Birliyin fəaliyyətinin əlaqələndiricisi

3.

Əhmədov Elçin İldırım oğlu 1967, Şuşa şəhəri Bakı şəhəri AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru İdarə Heyəti sədrinin müavini

4.

Səfərov Bayram Əsəd oğlu 1951, Şuşa şəhəri Bakı şəhəri Şuşa Rayon Icra Hakimiyyətinin başçısı

5.

Bədəlbəyli Fərhad Şəmsi oğlu 1947, Bakı şəhəri Bakı şəhəri Bakı Musiqi Akademiyasının rektoru, professor

6.

Rzayev Rövşən Şükür oğlu 1962, Bakı şəhəri Bakı şəhəri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

7.

Abdullayev Kamal Mehdi oğlu 1950, Bakı şəhəri Bakı şəhəri Azərbaycan Dövlət Dillər Universitetinin rektoru, akademik

8.

Polad Bülbül oğlu 1945, Bakı şəhəri Moskva şəhəri Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri

9.

Adıgözəlzadə Murad Zöhrab oğlu 1973, Bakı şəhəri Bakı şəhəri Azərbaycan Dövlət Filarmoniyasının direktoru

10.

Usubov Şahmar Şahhüseyn oğlu 1953, Xocalı kəndi Goranboy rayonu Xocalı Rayon İcra Hakimiyyətinin başçısı

11.

Məmmədov Elman Camal oğlu 1950, Xocalı kəndi Bakı şəhəri Azərbaycan Respublikası Milli Məclisinin deputatı

12.

Bağırov Elməddin Mirzə oğlu 1981, Xocalı kəndi Goranboy şəhəri Xocalı rayon Gənclər və İdman idarəsinin rəisi

13.

Hüseynova Samirə Bakir qızı 1979, Xocalı kəndi Bakı şəhəri Xocalı şəhər 2 saylı tam orta məktəbinin müəllimi

14.

Ağayeva Dürdanə Allahverdi qızı 1972, Xocalı kəndi Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi rabitə şöbəsində rabitəçi

15.

Ələkbərov Ceyhun Vəkil oğlu 1976, Xocalı kəndi Bakı şəhəri Efiopiyanın Azərbaycanda fəxri konsulu, iş adamı

16.

Quliyev Qalib Bəyməmməd oğlu 1986, Xocalı kəndi Gəncə şəhəri “Xocalının səsi” qəzetinin baş redaktoru

17.

Hüseynov Eyvaz Mövsüm oğlu 1959, Xocavənd rayonu Beyləqan rayonu Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı

18.

Əliyev Ceyhun Şəfahət oğlu 1975, Xocavənd rayonu Kuropatkin kəndi Bakı şəhəri “PROSYS” (kompüter proqramlaşdırması) MMC-nin baş meneceri

19.

Cəfərov Fuad Fazil oğlu 1985, Xocavənd rayonu Bakı şəhəri “PAŞA Bank”ASC-nin eksperti

20.

Mövsümlü Nigar İlyas qızı 1998, Bakı şəhəri Bakı şəhəri “Unilever” istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə müdir müavini

21.

Qasımova Flora Qasım qızı 1947, Xankəndi şəhəri Bakı şəhəri Azərbaycan Respublikası Milli Məclisinin deputatı

22.

Vəliyeva Xatirə Yusif qızı 1965, Xankəndi şəhəri Bakı şəhəri Bakı şəhəri Tibbi Bədən Tərbiyəsi Dispanserinin həkim-laborantı

23.

Qafarov Ramiz Yapon oğlu 1961, Ağdərə rayonu Bərdə rayonu Ağdam RİH başçısının Yeni Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi