XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2019 - 13:02

BOLTON “RƏNGLİ XƏRİTƏ” İLƏ ƏRDOĞANIN SÖZÇÜSÜ İLƏ GÖRÜŞDÜ –2 saat 10 dəqiqə çəkən görüş bitdi

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bu gün rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə İstanbuldakı Beştəpə sarayında Prezident Ərdoğanın sözçüsü İbrahim Kalınla görüşüb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 saat 10 dəqiqə çəkən görüşdə ABŞ-ın Suriyadan çəkilməsi, YPG qüvvələri və İŞİD-lə mübarizə məsələləri müzakirə olunub.

Hələlik görüşdən sonra rəsmi açıqlama verilməsə də, ABŞ mətbuatı yazıb ki, Boltonun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə Suriya ilə bağlı əvvəldən hazırlanmış “rəngli xəritə” ilə gəliblər: “Həmin xəritədə Suriyanın necə bölünməsi və Türkiyənin hansı bölgələrə girə bilməyəcəyi açıq göstərilib”.

Strateq.az