XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2019 - 11:11

BDU-da kadr dəyişikliyi:Nazim Məcidov şöbə müdiri təyin olundu - EKSKLÜZİV

Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi baş verib.

Strateq.az-ın xəbərinə görə, universitetin rektor əvəzi Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib. O, şöbədəki digər vəzifəsini davam etdirəcək.

Rektorun digər əmri ilə Nazim Məcidov BDU-nun Kadrlar şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Nazim Məcidov bu təyinata qədər uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

O, Strateq.az-a açıqlamasında xəbəri təsdiqləyib: “Yanvarın 11-də BDU rektorunun əmri ilə Kadrlar şöbəsinin müdiri təyin olunmuşam”.