XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

15 Yanvar 2019 - 14:36

Ərdoğan Suriyaya hücumu dayandırdıqlarını elan etdi:"Trampın verdiyi mesajlar məni üzdü..."

Prezident Ərdoğan bu gün keçirdiyi toplantıda ABŞ prezidenti Trampın ötən gün kürdlərlə bağlı Türkiyəni sanksiya ilə təhdid edən açıqlamasına reaksiya verib.

Strateq.az xəbər verir ki, Ərdoğan, eyni zamanda, Trampla dünən gecə baş tutan telefon söhbətinin detallarını açıqlayıb:

“Trampın sosial mediada verdiyi mesajlar məni üzdü. Dünən axşam onunla müsbət bir danışığımız oldu. Bizim tərəfimizdən Suriyada formalaşdırılacaq təhlükəsiz bir bölgə müəyyənləşdirdik. Tramp, mənimlə söhbətində bir daha Suriyadan çəkiləcəklərini dedi. Biz də bu səbəbdən, hərbi əməliyyatımızı təxirə saldıq. Trampla tarixi önəmi olan bir anlaşmaya nail olduğumuza inanıram”.