XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 16:39

AzTV SƏDRİ İŞDƏN ÇIXARILDI –Yerinə müvəqqəti təyinat oldu

Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Strateq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri dəyişdirilib.

“Report” yazır ki, QSC sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədliyə tapşırılıb.

R.Məmmədli indiyə qədər AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı olub.

Arif Alışanov bu vəzifəyə 2006-cı il avqustun 16-da təyin edilmişdi.

Arif Alışanov 30 iyul 1960-cı ildə anadan olub. D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil alıb.

1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. 1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib.

28 mart 2005-ci ildə “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyin olunub.