XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

17 Yanvar 2019 - 17:26

Əhalinin sülhə hazırlanması nə deməkdir? –XİN-dən Qarabağ AÇIQLAMASI 

Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər.

Bu barədə Parisdə keçirilən görüşün yekunlarına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin yaydığı bəyanatda bildirilir.

Həmsədrlərin bəyanatında diqqət çəkən məqam əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlıdır.

Konkret olaraq əhalinin sülhə hazırlanması nə deməkdir?

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2018-ci ildə də qəbul edilmiş birgə “Milan bəyanatı”nda əhalinin sülhə hazırlanması çağırışı olub.

“ATƏT-in Minsk qrupu həmsədrlərinin bu ilin 16 yanvar tarixində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü ilə bağlı verdikləri mətbuat bəyanatında “Nazirlərin əhaliləri sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə razılaşdıqları” qeyd olunur. Xatırlatmaq istərdik ki, hələ ötən ilin 6 dekabr tarixində qəbul edilmiş birgə “Milan bəyanatı”nda da əhalilərin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunmuşdu”.

L.Abdullayeva deyib ki, əlavə olaraq icmalar arasında təmasların da mühüm rol oynadığı vurğulanıb: “Azərbaycan burada, eləcə də bütün aidiyyatı sənədlərdə qeyd olunmuş “əhali” sözünü hər zaman erməni və azərbaycanlı əsilli iki əhali kimi anlayır və məhz bu şəkildə qəbul olunmasına israr edir. Azərbaycan əhalisindən danışarkən, əlbəttə, ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasın bərpa olunması əhalilərin sülhə hazırlanması baxımından çox önəmli rol oynayır”.