XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

17 Yanvar 2019 - 21:35

Təhsil Nazirliyinin bir idarəsi ləğv edildi, 6 qurum isə birləşdirildi –SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsi ləğv edilib.

Strateq.az xəbər verir ki, fərmana əsasən, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Azərbaycan Respublikası Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanası, o cümlədən Respublika Bədən Tərbiyəsi Mərkəzi ilə “Təhsil” Respublika İdman Mərkəzi vahid qurumda birləşdirilib.

Fərmandan irıli gələn məsələlərin həlli ilə bağlı Nazirlər Kabinetinə tapşırıqlar verilib.