XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2019 - 12:22

TÜRKİYƏNİN “MƏNBİC ƏMƏLİYYATI”NIN GECİKMƏ SƏBƏBİ BİLİNDİ –Amerikalıların kürdlərə verdiyi raket kompleksləri axtarılır

Birləşmiş Ştatlar Türkiyə ordusunu Rusiya ordusunun 1995-ci ildə Qroznıda yaşadığına oxşar darmadağına düçar olmağa vadar etmək üçün məkrli plan hazırlayıb.

Strateq.az xəbər verir ki, amerikalıların bu məkrli planı haqda Türkiyənin “Akit” nəşri məlumat yayıb.

Qəzet iddia edib ki, ABŞ-ın zülmətə qərq olmuş dərin siması – muzdlular və Xalq Özünümüdafiə Dəstələrinin (YPG) terrorçuları ilə birgə Mənbicə girməyə hazırlaşan Türkiyə tankları üçün tələ hazırlayıblar.

“Akit”in yerli qaynaqlardan əldə etdiyi məlumatlara görə, Amerikanın Suriyadan getməsinə qarşı olanlar “Demokratik Birlik” Partiyasının (PYD) xüsusi öyrədilmiş güclərinə və muzdlulara xeyli miqdarda tank əleyhinə müasir “Javelin”“Tow” raket kompleksi veriblər.

Məqsəd – Türkiyə ordusunu Rusiya ordusunun 1995-də Qroznıda – o zaman Çeçenistanın paytaxtında Cövhər Dudayevin başçılığı altında bir gündə onlarla tank itirməklə məruz qaldığı itkiləri yaşatmağa məcbur etməkdir.

Türkiyənin özəl bölmələri bunun cavabında, hazırlanmış tank əleyhinə kompleksləri axtarırlar. Türkiyə özəl bölmələri indi tank əleyhinə raketlərin saxlandığı Mənbici və çevrəsini darayır ki, raketləri və bunları işlətməli olan terrorçuları tapsın.

Qeyd olunur ki, Mənbicə qarşı əməliyyat buna görə yubadılır.