XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2019 - 15:14

İsrail SEPAH-ı vurdu, iranlı komandan hücum anonsu verdi:"Döyüşə tam hazırıq..."

İran Hava Qüvvələrinin komandanı İsraili məhv etməyə hazır olduqlarını bəyan edib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hava Qüvvələrinin komandanı, general Əziz Nəsirzadə bunu İsrailin Suriyadakı İran hərbçilərinə hücumuna qarşılıq olaraq deyib.

O bildirib ki, İranın hava qüvvələri tam hazır vəziyyətə gətirilib: “Biz tam hazırıq. İsraillə döyüşmək, onları yer üzündən silmək üçün səbirsizlənirik”.

Türkiyə mətbuatı xəbər verir ki, İsrail Suriya ərazisində olan İranın SEPAH hərbi təşkilatına bağlı olan “Feylak əl-Quds” adlı xüsusi təyinatlı qüvvələrə havadan zərbələr endirib.

Bu barədə İsrail ordusu tərəfindən yazılı açıqlama da yayılıb. Bildirilib ki, İsrailin ərazisi Suriyadan tez-tez hədəfə alınır: “Buna görə, bu saatdan etibarən, Suriyadakı İrana məxsus hədəflər vurulur”.

Suriya rejimindən verilən açıqlamada isə bildirilib ki, İsrailin atdığı raketlərin çoxu məhv edilib.