XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2019 - 00:54

Avropa İttifaqı Rusiya kəşfiyyatçılarına sanksiya tətbiq etdi –Siyahıda QRU-nun rəhbəri də var

Avropa İttifaqı Rusiya və Suriyanın doqquz rəsmisinə qarşı kimyəvi silahlardan istifadə ilə əlaqədar sanksiyalar tətbiq edib.

Strateq.az Amerikanın Səsi-nə istinadla xəbər verir ki, sənəddə QRU (Rusiyanın Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat İdarəsi-red.) kəşfiyyat idarəsinin rəhbəri İqor Kostyukov və onun müavini Vladimir Alekseyevin sanksiyaların tətbiq edildiyi şəxslər arasında olduğu bildirilir.

Sanksiyalaşdırılmış daha iki Rusiya vətəndaşı isə QRU-nun agentləri olmaqda şübhələnilən Aleksandr PetrovRuslan Boşirovdur.

Avropa İttifaqı sanksiyaların tətbiq edildiyi şəxsləri Suriyada kimyəvi hücumun keçirilməsi, eləcə də Rusiyanın keçmiş agenti Sergey Skripal və onun qızının keçən il Britaniyada zəhərlənməsində isitfadə edilmiş kimyəvi maddənin “əldə edilməsi, daşınması və istifadə edilməsi”ndə günahlandırıb.

Britaniya prokurorları Rusiyanın iki vətəndaşını keçən ilin mart ayında keçmiş rus casus və onun qızını zəhərləndirməklə qətlə cəhddə ittiham edib.

Britaniya Kral Prokurorluq Ofisi Aleksandr Petrov və Ruslan Boşirova qarşı kimyəvi silahlara dair qanunu pozaraq, “Noviçok”dan istifadə edilməsi, Sergey Skripal və onun qızı, eləcə də zəhərlənən Britaniya polisini qətlə yetirmək cəhdinə görə ittihamların irəli sürülməsi üçün kifayət qədər dəlil olduğunu bildirib.

Rusiya Skripallara qarşı əsəb qazından istifadə etməklə hücumun arxasında olduğunu inkar edir.

Sergey Skripal və onun qızı Yuliya Britaniyanın cənubundakı Salsböri şəhərində alış-veriş mərkəzinin qarşısında skamyada huşlarını itirmiş vəziyyətdə aşkar edilmişdilər. Təhqiqatçılar onların Sovet dövründə istehsal edilmiş əsəb qazı “Noviçok”la zəhərləndiklərini müəyyən edib.

Britaniyanın prokurorları Rusiyanın iki vətəndaşını mart ayında keçmiş rus casus və onu qızını zəhərləndirməklə qətlə cəhddə itiham edib.