XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

22 Yanvar 2019 - 16:37

AŞPA üzv dövlətlərlə bağlı qətnamə qəbul etdi:"Referendumlar ədalətli keçirilməlidir"

Avropa Şurası Parlament Assosiasiyası (AŞPA) üzv dövlətlərdə referendumların ədalətli keçirilməsinə zəmanət verən ana xətlərin yenilənməsinə dair qətnamə qəbul edilib.

Qətnamədə 2007-ci ildə AŞPA-nən xahişi ilə Venesiya Kommissiyasının qəbul edilməsindən bəri referendumların keçirilməsi ilə bağlı üzv ölkələrin əldə etdikləri təcrübələrinə yenidən baxılması, xüsusilə 3 məsələdə dəyişikliklərin edilməsi tövsiyyə edilir.

İlk növbədə internet və sosial mediyanın inkişafı ilə əlaqəli olaraq seçicilərin keyfiyyətli informasiyadan istifadə etmələrini təmin etmək üçün referendumlara dair qaydalara dəyişikliklərin edilməsi tövsiyyə olunur. Gündəmə gətirilməsi məsləhət olunan ikincə məsələ, zorakılıq halları baş verdiyi zamanı sanksiyalar tətbiq etmək də daxil olmaqla qaydaların gücləndirilməsi zamanı dövlət kampaniyalarının, qurumların nəzarətininin həyata keçirilməsinin müstəqilliyinin məhdudlaşdırılmasını təmin edən qaydalara aiddir.

Nəhayət, istər referendumdan əvvəl, istər sonra vətəndaşların demokratik müzakirələrdə işitrakını təmin edən metodların öyrənilməsi üçün üzv dövlətlər arasında təcrübə mübadilələrinin həyata keçirilməsi tövsiyyə olunur/Report.