XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 00:10

Putin Ərdoğanla görüşdən sonra:"ABŞ bu addımı atarsa, proseslərə müsbət təsir edəcək"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Putin arasında keçirilən görüşdən sonra hər iki dövlət başçısı bəyanatla çıxış ediblər.

Rusiya Prezidenti Suriya böhranının həlli üzərində işlədiklərini bildirib.

“Suriyadakı böhranın siyasi həll yolundan danışdıq. İdlibdə sabitlik məsələsini, ABŞ rəhbərliyinin ordunu çıxarmaq qərarının Suriyadakı vəziyyətə necə təsir edəcəyini müzakirə etdik. ABŞ bu addımı atarsa, proseslərə müsbət təsir edəcək. Bu bölgə indi kürdlərin əlindədir. Suriya rəhbərliyi kürdlərin nümayəndələri ilə görüşməlidir. Bu dialoq, həm Suriya toplumu arasında anlaşma əldə edilməsi, həm də Suriya və qonşu ölkələrin maraqları baxımından uyğundur”.

Publika.az