XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

24 Yanvar 2019 - 10:44

AzTV-də dəyişiklik davam edir –Sabiq nazir Eldar Mahmudovun bacanağı da işdən çıxarıldı

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) daha bir ciddi kadr islahatı baş verib.

Strateq.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, kanalın sədr vəzifəsini icra edən Rövşən Məmmədov Mədəniyyət kanalının müdir müavini Nadir Axundovu işindən azad edib.

AzTV-nin yeni sədr əvəzi Nadir Axundovun yerinə tanınmış aparıcı Emil Şahzadəni təyin edib.

Xatırladaq ki, Nadir Axundov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla bacanaqdır.

Məlumat üçün bildirək ki, N.Axundov AzTV-də əsas söz sahiblərindən və toxunulmaz şəxslərdən biri olub.