XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2019 - 22:13

Ermənistanda aclıq aksiyası keçirən partiya sədri həbsxanada öldü –ATƏT PA-nın vitse-prezidentindən sərt etiraz

Ermənistanda partiya sədri Mher Yeğizaryan 52 günlük aclıq aksiyasından sonra həbsxanada ölüb.

Strateq.az xəbər verir ki, bu barədə ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, qəribəsi budur ki, beynəlxalq təşkilatlardan heç biri bu dəhşətli hadisəyə reaksiya verməyib: “Allah eləməsin, əgər bu hadisə Azərbaycanda baş versəydi, yəqin ki, siz AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digərlərinin necə reaksiya verəcəyini təsəvvür edərdiniz”.