XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2019 - 14:41

İRAQDAKI TÜRK HƏRBİ BAZASINA HÜCUMU KİMİN TƏŞKİL ETDİYİ BİLİNDİ –Şahsuvar Əbdülvahid kimdir?

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Şimali İraqın Duhok vilayətinin Şiladize rayonunun Suri kəndi yaxınlığındakı bazasına edilən “planlı və təşkil edilmiş” hücumun kimlər tərəfindən təşkil edildiyi müəyyənləşib.

Strateq.az Türkiyənin“Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, TSQ-nin Duhokdakı bazasına yönəlik hücumun arxasından Yeni Nəsil Hərəkatının (YNH) lideri Şahsuvar Əbdülvahid çıxıb. 

Təxribat zamanı və öncəsində qızışdırıcı proqramlar verən NRT televiziya kanalının sahibi olan Əbdülvahid, PKK-nın narkotik və çirkli pul dövriyyəsində həlledici önəmə sahib şəxslərdən biridir.

YNH, Kərkük və Mosuldakı təxribatlarda da baş rolu oynayıb.

İraqlı vəzifəli bir şəxs, Bərzani (Kürdüstan Demokrat Partiyası – KDP lideri) və Tələbani (Kürdüstan Vətənpərvərlər Birliyi – KVB) administrasiyalarının, həmçinin İraq kəşfiyyatının bu son hadisədən xəbərdar olduqlarını söyləyib. 

“Yeni Şafak”a danışan İraqlı yüksək səviyəli bu şəxs, KDP səlahiyyətlilərinin təxribat hazırlıqlarını müşahidə etdiyini, KVB və İraq daxilindəki bəzi qurumların da bu hücumu dəstəklədiyini söyləyib.

İraqlı yüksək səviyyəli həmin vəzifəli şəxs, Duhokda təşkil edilən təxribatın Suriya və İraqda artan türk təsirini qırmaq məqsədilə planlaşdırıldığını söyləyərək, bu məlumatları verib: “Afrin, Menbiç, Tel-Rıfat və Rəsul Ayn bölgələrilə birlikdə, İraq daxilində türk hərbi bazalarının xüsusilə hədəf alınması təsadüf deyil. Türkiyənin Suriya və İraqdakı varlığını mübahisəli hala gətirməyə çalışırlar. Bu kontekstdə, bölgəyə son iki ayda, başda Körfəz ölkələrindən və Misirdən olmaqla, həlledici əhəmiyyət kəsb edən onlarla səfər həyata keçirildi”.

Bu vəzifəli şəxs deyib: “Suriyada PKK bölgələrini gəzən bütün xarici missiya şefləri, səlahiyyətli kəşfiyyatçılar, siyasi və hərbi aktyorlar, eyni zamanda, Bağdadı və İraqın şimalını da ziyarət edirlər. İraq Məclisində şimali İraqda olan bütün xarici hərbi bazaların boşaldılması ilə əlaqədar bir layihə üzərində hazıqlıq işi aparılır. ABŞ-ın hərbi bazalarını əhatə etməyəcək bu hazırlıq işinin mərkəzində Türkiyənin həm Kandil yönündə etdiyi irəliləyişin, həm də Sincara yönəlik fəaliyyətlərinin əngəllənməsi durur. Bu məsələ ilə bağlı hazırlanan layihəyə, başda ABŞ olmaqla, region ölkələri də dəstək verir.”