XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 12:54

“Ermənistan öz ərazisindən tranzit qaz, yaxud neft kəmərinin keçməsində maraqlıdır” –Paşinyan

 “Ermənistan öz ərazisində tranzit qaz kəmərinin keçməsində maraqlıdır”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan RBK telekanalına müsahibəsində bildirib.

O, “Rusiyadan enerji asılılğından qurtulmaq baxımından “Şimal axını-2” kimi layihələri təhlükəli görən ölkələrlə həmrəy olub-olmadıqları” barədə sualı da cavab verib.

Hökumət başçısı deyib: “Təəssüf ki, hazırda Ermənistanda “Şimal axını-2” tikilmir. Halbuki biz də hansısa A nöqtədən B nöqtəyə qaz, yaxud neft nəql edəcək bir tranzit boru kəmərinin ölkəmizdə inşa olunmasında maraqlıyıq. Yəni bu kimi layihələr bizi çox maraqlandırır”.

Report