XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 21:04

Rəsmi Karakasdan sensasion iddia:"ABŞ hökuməti Venesuelaya qarşı hərbi əməliyyat hazırlayır"

ABŞ hökuməti Venesuelaya qarşı hərbi əməliyyat hazırlayır.

Bu barədə Cenevrə şəhərində (İsveçrə) Silahsızlaşma Konfransında Venesuelanın BMT yanındakı daimi nümayəndəsi Xorge Valero bildirib.

Müzakirələr zamanı ABŞ Prezidenti Donald Tramp Administrasiyasının ölkəsinə ordu yeritməyə hazırlaşdığını bildirən venesuelalı diplomat ABŞ-ın Venesuela üzərində “diqtə qurmaq” haqqına sahib olmadığını vurğulayıb.

Eyni zamanda ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Sinti Plat Xuan Quaydonu dəstəkləmək üçün əllərindəki iqtisadi və siyasi vasitələrin tam çeşidini bundan sonra da işə salacaqlarını diqqətə çatdırıb/Report.